Tovuz sakinini qatar vurdu

W1siZiIsIjExNzU0MS8xMzYzMTEyODUwQEFSIl0sWyJwIiwidGh1bWIiLCIzMjZ4MjEwIyJdXQimagesTovuz rayonunun Qovlar şəhərində 47 yaşlı kişini qatar vurub.

Tovuz rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə ötən gecə baş verib.

Rayonun Əyyublu kənd sakini, 1977-ci il təvəllüdlü Rzayev Qabil Fərman oğlu Qovlar şəhərində dəmir yol xəttinin keçmək istəyərkən qatar onu vurub. Q.Rzayev kəllə-beyin travması və bədənin müxtəlif hissələrinin sınığı diaqnozu ilə Tovuz Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.