Tovuz stadionunda işıq dirəyi aşdı, oyun dayandırıldı

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

 

Yenicag.az xəbər verir ki, hadisə qarşılaşmanın 82-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb./Oxu.az

COP29