Tovuzda 5 nəfər su kanalına düşdü

Tovuzda bir neçə nəfər su kanalına düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndinin yaxınlığında qeydə alınıb. Kanalın üstündə olan bənddən keçmək istəyən 5 nəfər su kanalına düşüb. Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub. Onlar xəstəxanaya yerləşdiriliblər./unikal