Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tovuzda ağır qəza baş verib

imagesTovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə ötən gecə Bakı-Qazax magistral yolunun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Evakuator xidməti göstərən avtomaşınla “İnfiniti” markalı avtomobilin toqquşması nəticəsində “İnfiniti”-də olan sərnişinlər, Qovlar şəhər sakini, 20 yaşlı Rəmzi Alıyev və Qazax rayon Dağ Kəsəmən kənd sakini, 25 yaşlı Əsmər Tanrıverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, Rəmzi Əliyev ilkin yardım göstərildikdən sonra evə buraxılıb, avtomobildə olan digər sərnişin isə ağır xəsarətlər aldığından müalicəsi davam etdirilir.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.

www.yenicag.az

357