Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Tovuzda ağır qəza, ölən var

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Qovlar-Quşçu avtomobil yolunda qeydə alınıb.

“BMW” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində Aşağı Quşçu kənd sakini, 1993-cü il təvəllüdlü Samir Sahib oğlu Nuriyev ölüb. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Ceyhun Əbdülrəhmanov isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

149