Tovuzda ağır qəza – Piyada öldü

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Yolu keçmək istəyən kişini avtomobil vurub. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./APA/