Tovuzda ağır yol qəzası – 2 ölü, 1 yaralı

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-averilən məlumata görə, oktyabrın 23-də saat 17 radələrində Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində kənd sakini Qədim Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini S.Quliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus toqquşub.

Nəticədə Q.Ağayev və sərnişinlərindən həmkəndlisi İsmət Qarayev hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib.