Tovuzda avtomobil 57 yaşlı qadını vuraraq öldürdü

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb.

Yenicag.az xəbər verir ki, 1992-ci il təvəllüdlü Məmmədov Orxan Elqam oğlu Şəhriyar küçəsində idarə etdiyi “Hundai Santafe” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1966-cı il təvəllüdlü Aşağı Öysüzlü kənd sakini Sadıqova Lalə Qoca qızını vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

COP29