!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda avtomobil ağaca çırpıldı - Ölən və yaralanan var

!Reklam – Yazi

Tovuzda ölümlə və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə Tovuz şəhərində, avtovağzal yaxınlığında qeydə alınıb.

“VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı, Tovuz rayon sakinləri – 1985-ci il təvəllüdlü Mirzə Məhərrəm oğlu Yunanov və qonşusu, 1985-ci il təvəllüdlü Samir Novruz oğlu Musayev ağır xəsarət alaraq xəstəxanaya aparılıblar. S.Musayev aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

11243
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv