Tovuzda azyaşlı faciəvi şəkildə öldü

33832Tovuz rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb. Kənd sakini 6 yaşlı Elşad Sənan oğlu Rzayev həyətdə saxlanılan avtomobil qoşqusu üzərindən yıxılaraq dünyasını dəyişib.

6 yaşlı uşağın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.