Tovuzda azyaşlını yük avtomobili vuraraq öldürüb

Tovuzda yük avtomobili azyaşlını vurub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini 7 yaşlı Əsgərov Elvin Elnur oğlu yoldan keçən zaman mişar daşı ilə yüklü olan “KAMAZ” markalı yük avtomobili tərəfindən vurulub.

Uşaq hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.