Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Tovuzda bədbəxt hadisə - 38 yaşlı kişi ağacdan yıxılıb öldü

Tovuz rayonunda yerli sakin ehtiyatsızlığın qurbanı olub.

Yenicag.az-ın məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1981-ci il təvəllüdlü İsayev Mehman Yunis oğlu evindən kənarda olan bağda qoz ağacından yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. M.İsayevin meyiti yaxınlıqdan keçən şəxslər tərəfindən aşkarlanıb və aidiyyəti qurumlara məlumat verilib.

Meyit ekspertizaya aparılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır./Report/

www.yenicag.az

1009