Tovuzda dəhşət! 24 yaşlı qızın başını kəsdilər – Yenilənib

qeza azvision fonnnTovuzda qətl hadisəsi baş verib.

Hadisə rayon avtovağzalı ərazisində baş verib.

Tovuz rayon Alakol kənd sakini 1992-ci il təvəllüdlü İbrahimova Aytəkin Ədalət qızı boğazı bıçaqla kəsilərək qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar. (Apa)

***

Tovuzda qadını qətlə yetirən şəxs saxlanılıb.

24 yaşlı İbrahimova Aytəkin Ədalət qızını boğazını kəsərək öldürən şəxs onun həyat yoldaşı, Alakol kənd sakini 1985-ci il təvəllüdlü Hüseynov Taleh Aydın oğludur.

Taleh Hüseynov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, qətl ailədaxili münaqişə zəminində baş verib.

Ailənin iki övladı olub.