Tovuzda dəhşət – Gənc oğlan yük maşının altında qalaraq öldü – FOTO

Tovuz rayonunun Əsrik-Cırdaxan kəndində gənc oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib.

Yenicag.az-ın məlumatına görə, 21 yaşlı kənd sakini Əli Abbasov atası ilə meşəyə gedərkən, “ZİL” markalı yük maşını qəfildən aşıb.

Nəticədə maşının yük yerində olan gənc oğlan maşının altında qalıb. O, aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və Əli Abbasovun atası, İltifat Abbasov isə ciddi xəsarət almayıb.

Qeyd edək ki, sərnişinin öldüyünü görən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır./Report/