Tovuzda əməliyyat – 2 ton narkotik məhv edildi

Tovuzda 2 ton çətənə kolu aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 tona yaxın 2385 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.