Tovuzda FACİƏ – 3 və 17 yaşlı oğlan öldü

Tovuzda bədbəxt  hadisə baş verib. 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq ölüb.

Yenicag.az xəbər verir ki, rayonun Əlibəyli kəndində 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üzərinə ağac aşaraq ölüb.

Belə ki, güclü külək səbəbindən iri gövdəli ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb.

Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.