“Baxanda gördük ki, vəfat eliyib”
88 yaşlı Tovuz sakini ehtiyatsızlığın qurbanı olub.
ARB 24 xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində qatar Xasay Əşrəfovu vurub.
Hadisə kənd sakininin heyvanlarını dəmir yol xəttindən keçirmək istəyərkən baş verib.
Vüqar Məmmədov – Şahid: “Qatar keçəndə ağsaqqal kişi də heyvanı aparırdı. Qatar çata-çatda özü keçə bilmədi, qabağında apardı. Biz də qaçdıq ki, kömək edək, edə bilmədik, qabağında aparmışdı. Baxanda gördük ki, vəfat eliyib”.
Faktla bağlı araşdırma aparılır.