Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Tovuzda güclü partlayış baş verib

63818Tovuzda partlayış hadisəsi qeydə alınıb Hadisə nəticəsində ana və bala müxtəlif yanıq xəsarətləri alararaq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Zərərçəkənlərin yaxınlarının bildirdiyinə görə, yaşayış evinə daxil olan Elnarə Quliyeva və anası Xoşqədəm Quliyeva kibriti alışdırmaq istəyərkən güclü partlayış olub. Nəticədə ümumi sahəsi 36 kv.m olan otağın dam örtüyü, tavanı, pəncərəsi, küçəyə tökülüb.

Evin əşyaları isə yararsız hala düşüb. Tovuz QİS-dən partlayışın baş vermə səbəblərinin aparılacaq araşdırmalardan sonra məlum olacağını bildirdilər.

Qeyd edək ki, son bir həftə ərzində Tovuzda ikinci belə partlayış baş verir ki, bu da ev sahiblərinin xəsarət alması ilə nəticələnir.

www.yenicag.az

195