Tovuzda ikimərtəbəli ev yandı

Tovuzda ikimərtəbəli ev yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Ağacqala kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m², arakəsmə divarları və dam örtüyü taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.