!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda keçmiş məhkəmə sədrini güllələyən “Göl Əli”ni kimlər himayə edir? - TƏFƏRRÜAT

!Reklam – Yazi

Tovuzda keçmiş məhkəmə sədri, hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Firudin Ələkbərovu güllələyən Əli Şəmiyev rayonda “Göl Əli” ləqəbi ilə tanınan iri biznesmendir, yerli oliqarxdır.

Yenicag.az xəbər verir ki, ilkin məlumatlara görə, cinayətin motivi Firudin Ələkbərovun “Göl Əli”nin Tovuzun magistral su xəttinin mühafizə zonasında tikilmiş otel-istirahət kompleksi barədə dəfələrlə müxtəlif orqanlara şikayət yazmasıdır (virtualaz.org).

Bundan başqa, Firudin Ələkbərov son illərdə hüquq müdafiəçiliyi ilə məşğul olub və rayonda hüququ pozulanlara yardım göstərib.

“Göl Əli”nin Tovzuda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi var. Həmin istirahət mərkəzinin həyətində süni göl də yaradılıb ki, Əli Şəmiyevə ləqəbi də həmin gölə görə veriblər.

O, eyni zamanda Tovuz rayonunun keçmiş icra hakimiyyəti başçısı Tofiq Zeynalovla və nəqliyyat nazirinin keçmiş müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş rəhbəri Arif Əsgərovla qudadır. Belə ki, “Göl Əli”nin qızları Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovla və Arif Əsgərovun oğlu Rahib Əsgərovla evləniblər.

“Göl Əli”nin qardaşı Eyvaz Şəmiyev isə Rusiyanın Xantı-Mansiysk muxtar vilayətində biznes fəaliyyəti ilə məşğul olur. İri biznesmendir və çoxsaylı kommersiya müəssisələrinin sahibidir, eyni zamanda muxtar vilayətin Radujnı şəhər Dumasının deputatıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Tovuz rayonu Yanıqlı kənd sakini, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu şəxsi münasibətlər zəminində Qədirli kənd sakini, 1963-cü il təvəllüdlü Ələkbərli Firudin Muxtar oğlunu Makarov tipli tapança ilə güllələyib. F. Ələkbərli xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

www.yenicag.az

5104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv