!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda leysan taxıl sahələrinə ciddi ziyan vurdu, elektrik verilişi dayandı

!Reklam – Yazi

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, nəticədə kənd təsərrüfatına, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

www.yenicag.az

3162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv