!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda muzey inşa edilir

!Reklam – Yazi

saz_4Tovuz rayonu aşıq, söz-sənət eli kimi tanınır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ilk dəfə olaraq Tovuzda analoqu olmayan Aşıq sənəti muzeyi inşa olunur. Burada aşıq sənətinin gənc nəsillərə aşılanması, hələ erkən yaşlarından aşıqların yetişdirilməsi üçün hər cür şərait yaradılacaq. Binada ümumilikdə 43 otağın olması nəzərdə tutulub. 3 mərtəbədən ibarət olan muzeyin hər mərtəbəsində 13-14 otaq yerləşəcək.

Tovuz Rayon Mədəniyyət və Turzim Şöbəsinin məsləhətçisi Adil Həsənov: “Bütün hallar nəzərə alınıb. Santexnika otağıdı, tibb otağıdı, kassalardı. Burada 3 böyük sərgi zalı var, hansı ki, həddindən artıq hündür, yaraşıqlı, işıqlı zallar olur və bundan başqa burada tibbi yardım olan otaqlar da var və təxminən 25 nəfərlik mətbəxtdi. Ümumiyyətlə, tam təchiz olunmuş bir binadır”.

Bina hazır olduqdan sonra tarixi diyarşünaslıq muzeyi də bu binaya köçürüləcək. Muzeyin fəaliyyəti genişləndirildiyindən yeni işçilərində cəlb olunacağı planlaşdırılır. Burada dərnəklər fəaliyyət göstərəcək və müxtəlif sərgilərin keçirilməsi üçün şərait yaradılacaq. Muzeyin ətrafındakı ərazidə abadlıq işləri görüləcək, istirahət bağı salınacaq və fəvvarə quraşdırılacaq.

(topnews.az)

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv