Tovuzda polislər qəzaya uğradı – 1 ölü, 3 yaralı – FOTOLAR- ÖZƏL

 

Tovuzun Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Yenicağ.Az-ın hadisə yerindən verdiyi məlumata görə, qəza zamanı qarşı-qarşıya gələn “Fiat” markalı avtomaşınla, 55 BH 218 dövlət nömrə nişanlı “Jiquli” markalı avtomaşın toqquşub.

Hadisə zamanı “Jiquli”də əyləşən sərnişinlərdən biri yerindəcə keçinib, sürücü isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Fiat”da olan iki polis əməkdaşı isə baş nahiyyəsindən yaralanıb. Hadisə yerinə çoxlu sayda polis avtomobilləri və əməkdaşları cəlb edilib.

Qəzadan sonra Tovuz Rayon Polis Şöbəsində hadisə ilə bağlı istintaq prosesinə start verilib.

Yeniçağ.Az