Tovuzda yanğın baş verdi: Zəhrələnən var

Tovuzda yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Düz Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyası 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.