Tovuzda yanğın baş verib

46351Tovuz rayonu sakininin tövləsində yanğın baş verib.

Hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları yanıb, bu zaman tövlədə olan 2 baş iribuynuzlu heyvan tüstüdən boğularaq tələf olub.

Yaxınlıqda olan ot tayaları və ev yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.(anspress.com)