Tovuzda yol qəzası: 2 nəfər xəsarət aldı

Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, rayonun İbrahim Hacılı kəndi ilə hərəkətdə olan “VAZ-2107” və “QAZ-31” markalı avtomobillər toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İbrahim Hacılı kənd sakini Elnur Zeynalov və 1962-ci il təvəllüdlü Möhtəbər Həsənov müxtəlif bədən xəsarətləri alıb.

Yaralılardan E.Zeynalovun ayağı, M.Həsənovun isə burnu sınıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.