!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toy karvanında “Porchse”ni tərsinə sürən “avtoş” yaxalandı – Video

!Reklam – Yazi

55756Bakıda toy karvanında təhlükəli hərəkətlər edən sürücü saxlanılıb.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücünün adı Rəhmandır. Onun idarə etdiyi “Porsche” markalı avtomobil dünən gecə Bakıda yol polisi tərəfindən saxlanılıb. Avtomobil cərimə meydançasına, sürücü isə polis bölməsinə aparılıb. Bu gün isə həmin sürücüyə avtoxuliqanlıq etdiyi üçün inzibati həbs cəzası verilməsi sənədlər məhkəməyə göndərilib.

Saxlanılan zaman yol rolisləri sürücüdən “Zadnı Rəhman” adlı “avtoş” sənsən?” – deyə soruşublar. Sürücü isə maraqlı cavab verib: “Adım Rəhmandır. Zadnısız”.
Qeyd edək ki, sosial şəbəkələrdə oktyabrın 3-də yayılan videonun nə vaxt çəkildiyi bilinməsə də, hadisənin Təhsil Nazirliyi tərəfdən Heydər Əliyev prospektinə çıxan körpüdə baş verdiyi bildirilir. Toy karvanında hərəkət edən “Porsche” markalı avtomobilin tərsinə hərəkət etməsi görənləri təəccübləndirib. Sürücü avtomobili bir neçə dəqiqə bu cür idarə edib. “Avtoşluq” edən sürücünü kameraya çəkən yaxını onu “Zadni Rəhman” kimi təqdim edib.

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv