Şabranda yanğın baş verib
Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, Şabran rayonu, Baş Əmirxanlı kəndində vətəndaşa məxsus hər mərtəbəsi 70 m2 olan ikimərtəbəli 6 otaq və eyvandan ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m2 sahədə. 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə və dam örtüyü 130 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Həmin evin sahibi bir neçə gün öncə toy məclisi keçirib.