!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toy reydləri: Cərimələnənlər və şənliyə buraxılmayanların SAYI

!Reklam – Yazi

Noyabrın 29-da Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, monitorinq 173 şadlıq sarayında, 4 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 91 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv