Toya gedən şəxs yoxa çıxdı – MEYİTİ TAPILDI

Salyan rayonunda sakininin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, rayonun Xıdırlı kənd sakini, 1984-cü il təvəllüdlü Paşayev Qabil Valeh oğlunun meyiti Yenikənd kəndində aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

İlkin məlumata görə, Q.Paşayev iki gün bundan əvvəl həmin kəndə toya gəlib və ondan sonra bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır./Report/

COP29