Toya getməyə hazırlaşan gənc ana faciəvi şəkildə öldü – Gəncədə

Gəncə şəhərində bədbəxt hadisə nəticəsində üç uşaq anası dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq vəfat edib.

Qadın bir neçə saat sonra olacaq yaxınlarından birinin toy məclisinə hazırlaşırmış.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. /oxu.az/

COP29