Toya hazırlaşan nişanlı oğlan intihara cəhd edib

imagesİsmayıllı rayonunda intihara cəhd olub.

Hadisə rayonun Mican kənd sakini, 1991-ci il təvəllüdlü Hidayətov Asiman Nəriman oğlu yaşadığı evin zirzəmisində özünü kəndirlə asıb.

Ailə üzvləri onun intihar cəhdindən tez xəbər tutaraq kəndiri boynundan çıxarıblar.

A. Hidayətov ağır vəziyyətdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda koma vəziyyətində olan gəncin özünə qəsd etmək istəməsinin səbəbi hələlik məlum deyil.

Yaxınlarının verdiyi məlumata görə, A. Hidayətov nişanlıdır, sentyabrın 20-də toyu olacaq. Qız toyu isə artıq keçirilib.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır(APA).