Tovuzda 8 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, rayonun Alakol kənd sakini, 2010-cu il təvəllüdlü Cəfərli Yusif Feyruz oğlu yaxınlarının toy məclisi zamanı yıxılaraq ağır xəsarət alıb. O bu gün xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.