Toyda dəhşət – Bəy qana boyandı – VİDEO

Türkiyədə toyda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Aydın vilayətinin Çine rayonunda 27 yaşlı  bəy A.E. dostları ilə rəqs edərkən 19 yaşlı S.D. tərəfindən ayağından bıçaqlanıb.

Yaralanan bəy yoldaşları tərəfindən dövlət xəstəxanasına çatdırılıb.

S.D. polis əməkdaşları tərəfindən tutulub.