Xaçmazda toyda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Murad Baxışəli oğlu Baxışov bacısı oğlu, 1993-cü il təvəllüdlü Elyar Cəfər oğlu Bayramovu bıçaqlayıb.
Hadisənin şəxsi münasibətlər zəminində mübahisə zamanı baş verdiyi bildirilir.
Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.