Toyda faciəvi hadisə baş verdi: Ölən var

Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.