Toyda kütləvi dava – 20-dən çox yaralı – VİDEO

Türkiyənin Sakarya şəhərinin Erenler ilçəsində toy mərasimində kütləvi dava baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, qarşıdurma zamanı 24 nəfər xəsarət alıb.

Bildirilib ki, qonaqlardan birinin stolu yerə bərk çırpması davaya səbəb olub.

Olayla bağlı bir nəfər saxlanılıb, 40-a yaxın şəxsin isə ifadəsi alınıb.