Toyda kütləvi zəhərlənmə baş verdi – 40 nəfər xəstəxanalıq oldu

Lvovda toy mərasimində kütləvi zəhərlənmə baş verib.

Yenicag.az xəbər verir ki, bağırsaq infeksiyası diaqnozu ilə tibb müəssisəsinə 45 nəfər müraciət edib. Bunlardan 5 nəfərin azyaşlı olduğu deyilir.

40 nəfər xəstəxanaya yerləşdirilib, 5 nəfər isə ambulator müalicəyə buraxılıb.

Həkimə müraciət edənlər ürəkbulanma, başağrılarından şikayət ediblər.

Toy mərasiminin keçirildiyi “Çervona Ruta” restoranında ərzaq və hazır yeməklərdən nümunələr götürülüb. Faktla bağlı araşdırma aparılır./Trend/

COP29