Toyda musiqiçilər arasında dava düşdü – Bakıda

Bakının Nəsimi rayonu ərazisində, “Şərq bazarı” ticarət mərkəzi yaxınlığında yerləşən “Şərq ulduzu” restoranında musiqiçilər arasında dava düşüb.

Yenicag.az xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

COP29