Toyda qanlı hadisə – iki nəfər bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə toy mərasimində olub.

Belə ki, İmişli rayonunun Mirmahmudlu kənd sakinləri, 1984-cü il təvəllüdlü Hüseynov Ağalar Vaqif oğlu və 1981-ci il təvəllüdlü Hüseynov Ehtiram Ramin oğlu bıçaq yaraları ilə İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hadisə barədə əlavə məlumat veriləcək./APA/