!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toyda qızın atasını bıçaqlayıblar – Şəmkirdəki davanın təfərrüatı

!Reklam – Yazi

xestexanaXəbər verdiyimiz kimi, dünən Şəmkirdə toyda dava düşüb. Yenicag.az ARB TV-yə istinadən restorandakı davanın təfərrüatını təqdim edir. Belə ki, rayon sakini Razim Rzayev sərxoşkən qonşusu Azər Qasımovun qızının toyunda dava salıb.

Gəlinin atası və bibisinin həyat yoldaşının meydanda rəqs etməsi spirtli içkinin təsirində olan Razimin xoşuna gəlməyib. O, gəlinin atası 46 yaşlı Azər Qasımovu bıçaqla ölümcül yaralayıb.

Ailənin yaxın qohumu Etibar Məmmədhəsənova isə soyuq silahla müxtəlif bədən xəsarətləri yetirib.

Hər iki yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan Azər Qasımovun vəziyyətinin ağır olduğu bildirilir.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları Razim Rzayev axtarır.

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv