Toydan qayıdan mikroavtobus qəzaya düşdü

9c2031be-163b-4367-aa5c-cc10a89a4917_108Gecə saatlarında Quba-Xaçmaz yolunun 13-cü kilometrliyində, Qubanın Zərdabi kəndi ərazisində ağır yol qəzası baş verib.

“Report” xəbər verir ki, qəza toydan qayıdan “Ford” markalı “40 BL 392” dövlət qeydiyyat nişanlı sərnişin mikroavtobusu ilə “KİA” markalı “90 TB 530” dövlət qeydiyyat nişanlı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralılardan üçü mikroavtobusda, 1 nəfər isə “KİA”da olub.Zərərçəkənlər Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

9861654a-36b6-4fc9-92ad-105dfd76f4f6_108 afd16154-57d2-4a19-bcbd-b44b1d935662_108 8383faac-703e-4156-8c70-775a6bbf08b2_108 9051ed73-fc14-4b07-8c38-03720c0a7849_108 9ff5d319-3910-4433-ba18-e8fcf3ad65c0_108 7b95bf9f-d076-422d-bd59-e12f5d8b4516_108