Toylar başladı, tıxaclar başladı

indir (3)Bakıda Məhərrəm ayından sonra toy mövsümünün başlaması ilə bir sıra küçələrdə hərəkətin iflic vəziyyətinə düşməsi bir olub.

Hazırda Nizami rayonu, Bəkir Çobanzadə və Rüstəm Əliyev küçələrində nəqliyyatın hərəkəti iflic vəziyyətindədir.

Buna səbəb B.Çobanzadə və ətraf küçələrdə yerləşən şadlıq saraylarına gediş-gəlişin çoxluğu, həmçinin şadlıq saraylarının sayına nisbətdə yolun tutumunun az olmasıdır.

Tıxacların yaranmasının əsas səbəblərindən biri də şadlıq saraylarının qarşısında avtomobillərin qeyri-qanuni parklanmasıdır.

Bir çox şadlıq saraylarının həyətlərində avtomobillərin parklanması üçün ərazinin kiçik olması və ya demək olar ki, olmaması səbəbindən nəqliyyat vasitələrinin az qala yolun hərəkət hissəsində saxlanması da Bakını “tıxac xəstəliyi”nə yoluxduran səbəblərdəndir.

(trend.az)

COP29