!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Toyota” avtomobil istehsalını dayandırdı

!Reklam – Yazi

toyota4Bu yaxınlarda “Toyota” şirkəti avtomobillərinin mühərrikləri və ötürücü qutusu üçün hissələrin hazırlandığı zavodda baş verən partlayış şirkəti altı gün müddətində Yaponiyada istehsalı dayandırmağa məcbur edib.

Buna səbəb kimi hissələrin çatışmaması göstərilir.

Aiçi prefekturasında yerləşən “Aichi Steel” şirkətinin poladəritmə zavodunda yanvarın 8-də baş verən partlayış poladəritmə sexinin və istehsal binasının tavanının zədələnməsinə səbəb olub. Bərpa işlərinin martın sonlarında başa çatdırılacağı gözlənilir.

“Toyota” şirkətinin Yaponiyada yerləşən zavodlarında gün ərzində 13-14 min avtomobil buraxılır.(Azərtac)

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv