“Toyota” zavodlarını bağlayır – SƏBƏB

Yaponiyanın “Toyota Motors” avtomobil istehsalçısı ölkədəki zavodlarının fəaliyyətini dayandırır.

Yenicag.az xəbər verir ki, şirkət yeni növ koronavirus (COVİD-19) səbəbilə bu qərara gəlib.

Qərara əsasən, Yaponiyanın Ayti və Fukuoka prefekturalarında yerləşən 5 zavodun fəaliyyəti dayandırılır və bu ərazidə yerləşən yeddi “Toyota” istehsal xəttinin müvəqqəti dayanması ilə nəticələnəcək.

Məlumata görə,fəaliyyətin bərpası 6-15 aprel tarixlərində nəzərdə tutulub.