Toyuna 1 ay qalmış gəncə diaqnoz qoyuldu

107099_src27 yaşlı Tural Budaqov ağır xəstəlikdən əziyyət çəkir. Onun müalicəsi mümkündür, lakin ailəsinin maddi imkanı yoxdur. Bu səbəbdən gəncin anası Sitarə Budaqova media vasitəsi ilə imkanlı şəxslərə müraciət ünvanlayıb.

Oxu.az həmin müraciəti təqdim edib: “Müraciətim övladı olan hər kəsədir. Göydə Allah, yerdə Siz oğluma kömək edin.

Oğlum qara ciyərin serrozu xəstəliyindən əziyyət çəkir. Uzun müddətdir ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alandan sonra həkim açıq dedi: Tural əgər dərhal əməliyyat olunmasa 10 gün yaşaya biləcək. Cərrahiyyə əməliyyatını aparmaq üçün isə 50 min manat pul ödəməliyəm. Uzun müddət apardığımız müalicələr ailəmizin onsuz da ağır olan durumunu bir qədər də ağırlaşdırdı.

Artıq bu məbləği haradansa borc tapmaq belə bizə nağıl və yuxu kimi görünür. İmkanlı, qeyrətli Azərbaycan balalarına müraciət edirəm – Balama yardım edin. Bir Ananın fəryadına biganə qalmayın. Tural da bu Vətənin övladıdır və hər zaman da ona layiqli vətəndaş olub. Hər zaman dostlarının, ailəsinin sevimlisi olub. Mehriban, təvazökar, ağıllı, savadlı bir gəncdir. Cəmi bir aydan sonra onun çoxdan planlaşdırdığımız toy məclisi olacaqdı. Turalı sevən hər kəs dərd içində qovrulur.

Övladımız gözümüzün qabağında günbəgün saralıb, solur. Bu gün bizə yardım edin, övladımızı ölməyə qoymayın. Söz verirəm ki, əməliyyatdan sonra ailəmizin hər bir üzvü ömrümüzün axırınadək işləməli də olsa, sizlərin borcunu qaytarmağa çalışacaq. Bu gün, məhz sayılı günlər qaldığı üçün sizlərin yardımına ehtiyacım var. Allah da sizlərin yardımçısı olsun…”.

107095_src 107096_src 107098_src