“Toyuna bir həftə qalmış…” – Məlahət Abbasova ilə bağlı ŞOK GİZLİNLƏR – FOTOLAR

Tanınmış aparıcı Sərxan Kərəmoğlu ilə Məlahət Abbasova arasında qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, Məlahət Abbasovanın xalq artisti Röyanı yeni il günü rəqs etdiyi üçün “əxlaqsız” adlandırması Sərxanı özündən çıxarıb.

Kərəmoğlu sosial media hesabında Məlahət Abbasovanın keçmişi ilə bağlı şok gizlinləri açıb-töküb:

“Əxlaq dərsi ? İnsanlıq dərsi? Kim deyir bunları, Məlahət? Sən Məlahət, mən 2009-cu ildə İstanbula köçdüm, orada evimə gələ-gələ, evimi dağıtdın. Sənsən insanlıq dərsi keçən? Toyuna bir həftə qalmış dəvətnaməsi paylanan bəyi, nişanlını Bakıda qoyub İstanbula qastrola gedib orada qaldın və türkə ərə getdin, ailən isə oldu pərişan. Sənsən əxlaq dərsi keçən? Mənə gələn serial təklifini özünə çevirdin və çörəyimə 2-ci dəfə bais oldun. Bu nə zəmanədir, kimdə nə yoxdursa, onunla öyünür. Röya səhv edib, özü bilər, qarışa bilmərəm, çünki xalq bilər, Röya bilər. Səni kim asqırdı bu söhbətin içinə?”.

Nehru