Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Toyuna bir neçə gün qalmış nişanlısını öldürdü

aabicaq25Rusiyada nişanlısını qətlə yetirən azərbaycanlı daha sonra polisə könüllü təslim olub.

Polis əməkdaşları Sovet küçəsindəki 77 saylı mənzilə baxış keçirərkən orada 35 yaşlı qadın meyiti aşkarlayıblar. Aparılan araşdırmalar nəticəsində onun üzərində təxminən 20 bıçaq zərbəsi aşkarlanıb.

Dərhal faktla bağlı cinayət işi açılıb və şübhəli şəxs qismində öldürülən qadının 25 yaşlı nişanlısı saxlanılıb. Saxlanan şəxs qətli törətdiyini etiraf edib və nişanlısını qısqanclıq zəminində öldürdüyünü deyib.

Onların bir neçə gün sonra toyunun olacağı bildirilir.

Rusiya Daxili İşlər Nazirliyinin Lipetsk vilayəti üzrə istintaq şöbəsinin rəhbəri Vitali Çvanovanın sözlərinə görə, araşdırma aparılarkən məlum olub ki, əslən Azərbaycandan olan kişi beş yaşından Rusiyanın Lipetsk şəhərində yaşayır:

“O, cinayəti törətdikdən sonra Moskvaya gələrək Azərbaycana qaçmaq üçün təyyarə bileti almaq istəyib. Amma vicdan əzabı onu rahat buraxmayıb. O, “biz özümüzdən qaça bilmərik” deyib və Lipetskə qayıdaraq polisə təslim olub”.

25 yaşlı azərbaycanlının bundan əvvəl də oğurluq faktına görə məhbus həyatı yaşadığı qeyd olunur. (Ans)

www.yenicag.az

306