Toyuq maskası taxıb fastfud mağazasına basqın etdilər – VİDEO

Fransanın paytaxtı Parisdə bir qrup heyvan haqları müdafiəçisi unikal etiraz aksiyası keçirib.

Yenicag.az xəbər verir ki, etirazçılar toyuq maskaları taxaraq məşhur “Burger King” restoranlar şəbəkəsinin filialına giriblər.

Onlar içəridə yan-yana duraraq toyuqların hərəkətsiz halda böyüdülməsinə etiraz ediblər.