!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tozlu Bakı: Paytaxt niyə dumana bürünüb? – FOTO

!Reklam – Yazi

Bu gün səhər saatlarından etibarən paytaxt ərazisində mövsüm üçün xarakterik olmayan hava şəraiti müşahidə edilməkdədir.

Abşeron yarımadasında başlayan güclü külək nəticəsində geniş ərazilər toz dumanına bürünüb, avtomobil və piyadaların hərəkətində ciddi çətinliklər yaranıb.

Bakıda müşahidə olunan mövcud hava şəraiti ilə bağlı Yenicag.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova küləyin daha bir neçə gün davam edəcəyini bildirib:

“Səhər saatlarından başlayaraq, istər paytaxtda, istərsə də bölgələrimizdə şimal küləyi xeyli güclənib. Güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Sabahdan etibarən isə, şimal küləyinin gücü tədricən zəifləyəcək. Avqustun 7-i və 8-də isə küləyin yenidən güclənəcəyi gözlənilir”.

Gülşad Məmmədova mövcud hava şəraitini yaradan səbəblərə də aydınlıq gətirib: “Qərbdən hərəkət edən hava kütləsi ölkə ərazisinə bu ərəfədə daxil olduğu üçün paytaxtda belə qeyri-sabit hava şəraiti yaranıb”.

Firuz Asanov

www.yenicag.az

2549
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv